Belqorod yaxınlığındakı Starıy Oskol rayonundan görüntülər bütün dünyada rezonans doğurub. Rus ordusuna məxsus helikopterə minən keşişlərin son günlər Ukrayna ordusu tərəfindən vurulan Belqorod şəhərinə xeyir-dua verdiyi görülüb.
SİTAT.İNFO xəbər verir ki, Keşişlər Aleksi Babanin və Andrey Filatov vertolyotla Starıy Oskol səmasında dövr edərək, əllərində Tanrı Anasının İberiya ikonasını və İsanın məzarından gətirilən Müqəddəs Odu tutublar.
Paylaşılan videodan görünür ki, helikopterlərə minən yerli hakimiyyət orqanları da bu mərasimdə iştirak edib.
Görüntülerin sosial mediada paylaşılmasndan sonra videonun altına minlərlə şərh yazılıb. İstifadəçilər papaların rus ordusunun yerle bir etdiyi Mariupolun üstündə də uçmalarını tövsiyə ediblər.
Səid İsaoğlu,
SİTAT.İNFO