“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədovla vida mərasimi Novxanıdakı evində olacaq.
Sitat.info xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.
Bildirilib ki, sabiq rəis bu gün Əhmədlidə yerləşən məzarlıqda dəfn ediləcək.
Qeyd edək ki, Əhmədov Tağı Məhəmməd oğlu 1 fevral 1949-cu ildə Naxçıvanın Şahbuz rayonunda anadan olub. O, 1998–2014-cü illərdə “Bakı Metropoliteni” QSC-yə rəhbərlik edib. T.Əhmədov eyni zamanda, 2022-ci ilədək Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri idi./Musavat.com