Putin G20 sammitinə getməkdən niyə imtina etdi?

10:19 19 Oktyabr 2024

Rusiya Prezidenti Vladimir Putin Braziliyada keçiriləcək G20 sammitinə getməyəcəyini açıqlayıb.

“Sitat.info” xəbər verir ki, bu haqda TASS məlumat yayıb.Putin bunu Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarı ilə bağlı sammiti pozmaq istəməməsi ilə izah edib.

O, həmçinin əlavə edib ki, sammitdə ölkənin maraqlarını kimin ən yüksək səviyyədə təmsil edəcəyini Rusiya rəsmiləri müəyyənləşdirəcək.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi 2023-cü ilin martında Putinin həbsinə dair order verib./"qafqazinfo"



Xəbər xətti