Netanyahunun evinə PUA hücumu: Müdafiə Nazirliyi açıqlama yaydı (VİDEO)

11:26 19 Oktyabr 2024

Bu gün səhər saatlarında Livandan Təl-Əvivə, Netanyahunun yaşadığı evə doğru PUA hücumu həyata keçirilib. 

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, İsrail baş nazirinin sözçüsü bildirib ki, bu səhər Livandan İsrail ərazisinə buraxılan pilotsuz təyyarə baş nazir Benyamin Netanyahunun evinə yönəlib.

Hücum zamanı İsrail lideri nə evdə, nə də ətrafda olub, xəsarət alan olmayıb.

İsrail Müdafiə Nazirliyindən verilən açıqlama da qeyd olunur ki, bu səhər üç pilotsuz təyyarə İsrailin hava məkanına daxil olub, ikisi vurulub: "Əlavə bir PUA Qeysəriyyə bölgəsindəki tikiliyə düşüb. Xəsarət alanlar barədə məlumat verilməyib". 

Qeyd edək ki, Benyamin Netanyahunun ölkənin mərkəzində zəngin kurort şəhəri olan Qeysəriyyədə istirahət evi var.

Məğrur,

Sitat.info



Xəbər xətti