Niderland Ukraynaya 42,6 milyon avroluq PUA verəcək

12:44 19 Oktyabr 2024

Niderland Ukraynaya 42,6 milyon avro dəyərində pilotsuz uçuş aparatları (PUA) vermək niyyətindədir.

Sitat.info xarici mediaya istinadən xəbər ki, bu barədə Niderland Müdafiə Nazirliyinin rəhbəri Ruben Brekelmans “X” sosial şəbəkəsində məlumat verib.

“Ukraynanın hazırda müasir PUA-lara böyük ehtiyacı var. Buna görə də Niderlandın “DeltaQuad” şirkəti Ukraynanı 42,6 milyon avro dəyərində kəşfiyyat PUA-ları ilə təmin edəcək”, - o yazıb.

Brekelmans bildirib ki, bu, PUA-larla bağlı planlarının ilk konkret icrasıdır.

Silahsız kəşfiyyat aparatları uzun məsafələrə uça bilir və döyüş meydanından real vaxt rejimində məlumat əldə etmək, informasiya toplamaq və düşmənin fəaliyyətinə nəzarət etmək üçün istifadə olunur.

Niderland tərəfi təhlükəsizlik baxımından sözügedən PUA-ların sayını açıqlamayıb.



Xəbər xətti