Küçə itləri Paşinyana hücum edib

15:30 19 Oktyabr 2024

Ermənistanın baş naziri Nikol Paşinyan itlərin hücumuna məruz qalıb.

Bu barədə Sitat.info Ermənistanın “Hraparak” nəşrinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, insident bu gün səhər saatlarında Paşinyanın Gümrü şəhərinin küçələrində velosiped sürdüyü zaman baş verib.

“Şəhər sakinlərindən biri dedi ki, bütün Gümrü Paşinyanın Slobodka məhəlləsində velosiped sürdüyü zaman ona və mühafizəçilərinə sahibsiz itlər sürüsünün hücum etməsindən və ardından onların çaxnaşma içində məhəlləni tərk etmələrindən danışır”, - KİV-də yazılıb.



Xəbər xətti