Netanyahu bölgədə davamlı olaraq yeni cəbhələr açır. O, İranı bu müharibəyə cəlb etməyə çalışır.
Sitat.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Arakçı ilə birgə keçirdiyi brifinqdə deyib.
“İranın neft və nüvə obyektlərinə zərbə endirməklə hədələyir. İsrailin aqressiv münasibəti İranı özünümüdafiə üçün addımlar atmağa məcbur edir. İsrail beynəlxalq hüququ açıq şəkildə pozan hərəkətlərinə və bəyanatlarına son qoymalıdır. Toqquşmalar başlayandan bəri etdiyimiz xəbərdarlığı bir daha təkrar etmək istərdim. Müharibənin bütün regiona yayılması riskini heç vaxt gözardı etmək olmaz. Biz qlobal səviyyədə ciddi əks-səda doğura biləcək bir gərginlik içərisindəyik. Region ölkələri və qeyri-regional aktorlar geri dönməz addım atmaqdan çəkinməlidirlər”, - XİN başçısı bildirib./ Axar.az