969-cu gün: Rusiya Ukraynanın itkilərini yenilədi

17:30 19 Oktyabr 2024

Rusiya müharibənin 969-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 646 təyyarəsi, 283 helikopteri, 33 824 PUA-sı, 582 zenit-raket kompleksi, 18 735 tank və digər zirehli texnikası, 1 477 reaktiv yaylım atəş sistemi, 16 372 artilleriya və minaatanı, 27 407 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.



Xəbər xətti