İlon Mask yenidən texnologiya dünyasını sarsıdaraq, gələcəyin telefonunu təqdim edib.
Sitat.info xəbər verir ki, "Pi Pioners" adlı bu yeni mobil telefon iki əsas xüsusiyyəti ilə texnologiya həvəskarlarını heyrətləndirir:
1. Şarj ehtiyacı yoxdur: "Pi Pioners" telefonu günəş işığı və ya hər hansı işıq mənbəyindən avtomatik enerji toplayaraq özünü şarj edir. Beləliklə, şarj cihazı daşımağa ehtiyac qalmır.
2. İnternet bağlantısız işləyir: Bu telefon İlon Maskın "Starlink" beynəlxalq peyk şəbəkəsinə birbaşa qoşulur və dünyanın hər yerində internet əlaqəsi təmin edir. Bununla belə, telefon internet şəbəkəsindən asılı olmadan da işləyə bilir, beləliklə, istifadəçilər harada olurlarsa-olsunlar, əlaqə qura biləcəklər.
Texnologiya ekspertləri bu yeniliyin "Apple" və "Samsung" kimi nəhəng texnoloji şirkətlərlə rəqabətdə ciddi üstünlük qazandıracağını düşünürlər. "Pi Pioners"in təqdim etdiyi bu texnoloji möcüzələr sayəsində İlon Mask bir daha sübut edir ki, onun toxunduğu hər şeydə inqilabi dəyişikliklər baş verir.
Bu telefonun yaxın aylarda qlobal satışa çıxarılması gözlənilir.
Texnologiya dünyasında əks-səda doğuran bu yenilik rəqabəti yeni səviyyəyə qaldıracaq.