ABŞ-də helikopter radio qülləsinə çırpıldı

11:04 21 Oktyabr 2024

ABŞ-nin Texas ştatının Hyuston şəhərində helikopter radio qülləsinə çırpılıb.

Sitat.info bu barədə "FOX 26 Houston" telekanalına istinadən xəbər verib.

Hyuston polisinin məlumatına görə, helikopterdə biri uşaq olmaqla, dörd nəfər olub. Onların taleyi barədə hələlik məlumat verilmir.

Qeyd olunur ki, hadisə yerində polis əməkdaşları və yanğınsöndürənlər işləyirlər./Oxu.az



Xəbər xətti