Ermənistan hökumətinin nümayəndələri Bakı ilə birbaşa danışıqlar aparmaq istəklərini dəfələrlə bəyan ediblər. Azərbaycanla danışıqlarda üçüncü ölkənin iştirakı risklər ehtiva edir.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan deyib.
“Əgər imkan varsa, suveren ölkəyiksə və Azərbaycanla danışıqlar aparmaq şansımız varsa, o zaman bunu vasitəçisiz etməliyik. Üçüncü ölkələrin arbitrlik rolunda iştirak etməsi maraqların toqquşması riski daşıyır”, - o əlavə edib.