Tehran Məhkəmə Qərarlarının İcrası Şöbəsi iki jurnalistə - İlahə Məhəmmədi və Nilufər Həmidiyə elektron çağırış məktubu göndərib.
Sitat.info xəbər verir ki, bu barədə jurnalistlərin vəkilləri məlumat yayıblar.
Məktubda hər iki jurnalistdən barələrində çıxarılan 5 il həbs cəzasının icrası və həbsxanaya köçürülmələri üçün 5 gün ərzində adıçəkilən şöbəyə getmələri istənilib.
Qeyd edək ki, “Şərq” və “Həm Mihən” qəzetlərinin əməkdaşları olan Nilufər Hamidi və İlahə Məhəmmədi 2022-ci ilin sentyabrından başlayan etiraz aksiyalarını işıqlandırdıqlarına görə həbs ediliblər.