İsrailin Livana hücumları nəticəsində 4-ü tibb işçisi olmaqla 17 nəfər ölüb

22:13 21 Oktyabr 2024

İsrail ordusunun Livanın müxtəlif bölgələrinə endirdiyi hava zərbələri nəticəsində 4-ü səhiyyə işçisi olmaqla 17 nəfər həyatını itirib, azı 10 nəfər yaralanıb.

Sitat.info xəbər verir ki, Livan Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamaya görə, İsrail ordusu hava hücumları ilə tibb qrupları və təcili yardım maşınlarını hədəf alıb.

Açıqlamada hücumlar nəticəsində 4 səhiyyə işçisinin həyatını itirdiyi, 5-nin yaralandığı, hücumlar nəticəsində 3 təcili yardım maşınına ziyan dəydiyi bildirilib.



Xəbər xətti