Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Kazan görüşündə qaz qovşağının yaradılması imkanlarını müzakirə edəcəklər.
Sitat.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Türkiyəli tərəfdaşlarla qaz sahəsində səmərəli əməkdaşlıq qurulub. Qara dənizin dibi ilə salınan “Mavi axın” və “Türk axını” boru kəmərləri sabit işləyir. Kazanda keçiriləcək görüşdə dövlət başçıları Türkiyədə beynəlxalq qaz qovşağının yaradılması layihəsinə də toxunacaqlar”, - məlumatda bildirilib.
Qeyd edək ki, liderlərin oktyabrın 23-də BRİKS sammiti çərçivəsində görüşü gözlənilir.