Neft Emalı Zavodundakı baş verən yanğın söndürülüb: Xəsarət alan yoxdur

14:11 22 Oktyabr 2024

Paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda baş verən yanğın söndürülüb.

Bu barədə Sitat.info Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

"SOCAR Downstream Management" MMC-dən isə bildirilib ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Neft Emalı Zavodunda qeydə alınan yanğın hadisəsi nəticəsində xəsarət alan yoxdur.



Xəbər xətti