Bakıda güclü yağışdan sonra "Sabunçu keçidi" kimi tanınan ərazidə iki nəfər batıb.
Sitat.info-nun əldə etdiyi məlumata görə, leysan yağış zamanı tuneldə qalaraq boğulan iki nəfərin meyiti tapılıb.
Qeyd edək ki, ötən gün Bakıda normadan artıq yağıntı olub, nəticədə şəhər infrastrukturunda problemlər yaranıb. Sosial şəbəkələrdə Sabunçu tunelin su altında qalması və iki nəfərin boğulması ilə bağlı məlumatlar yayılmışdı.