Rusiya XİN-ə kiberhücum: Brifinq təxirə salındı

13:46 23 Oktyabr 2024

Rusiya XİN-in internet platformalarına genişmiqyaslı DDoS hücumu səbəbindən bugünkü brifinq saat 14:00-a təxirə salınıb.

Sitat.info xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN sözçüsü Mariya Zaxarova RİA-ya açıqlamasında deyib.

Zaxarova əlavə edib ki, mütəxəssislər resursların funksionallığını bərpa etmək üzərində işləyirlər.

Qeyd edək ki, brifinq bu gün 10:00-da başlamalı idi.



Xəbər xətti