Lukaşenko prezidentliyə namizədliyini açıqladı

19:50 23 Oktyabr 2024

Belarus Prezidenti Aleksandr Lukaşenko 2025-ci il yanvarın 26-da keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb.

Axar.az xəbər verir ki, bunu Kazanda Aleksandr Lukaşenkodan müsahibə götürən rusiyalı jurnalist Olqa Skabayeva deyib.

“Lukaşenko yeni müddətə namizəd olmaq qərarına gəlib”, - Skabayeva bildirib.

Skabayeva deyib ki, Lukaşenkodan yanvarda keçirilən prezident seçkilərində namizəd olub-olmayacağını soruşub.

“Bəli Olya, prezident seçkisinə gedəcəyəm”, - Lukaşenko bildirib.



Xəbər xətti