Xarici işlər naziri Hakan Fidan TUSAŞ terror aktı ilə bağlı sosial şəbəkədə açıqlama verib.
Sitat.info xəbər verir ki, Hakan Fidan bu sözləri deyib: "Ankarada törədilən alçaq terror aktında şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. İstər daxildən, istərsə də xaricdən bütün terror ünsürlərinə və onları qidalandıran qüvvələrə qarşı qətiyyətlə mübarizəmizi davam etdirəcəyik.
Qarşıdakı dövrdə də milli müdafiə imkanlarımızı gücləndirməyə davam edəcəyik və Türkiyəni hədəf alan qrupların və onların vəkillərinin ölkəmizlə bağlı məqsədlərinə çatmasına əsla imkan verməyəcəyik".
Məğrur,
Sitat.info