Məlum olub ki, Rusiyanın Ukraynaya göndərdiyi tanklarda dizayn xətası olub. Rusiyanın bu səhvdən xəbərdar olduğu, lakin bunun əsgərlərin ölümü ilə nəticələnəcəyini bilə-bilə yenə tankları döyüşə göndərdiyi iddia edildi.
SİTAT.İNFO xarici mediaya istinadən xəbər verir ki, fevralın 24-də Ukraynaya qarşı başladığı müharibədən sonra gözlədiyindən çox itki verən Rusiya ən böyük sarsıntını hərbi texnikasını kütləvi şəkildə itirəndə yaşayıb.
ABŞ-da yerləşən Rand Corporation analitik mərkəzi və Böyük Britaniyada yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun məlumatına görə, işğalın əvvəlində Rusiyanın 2700 tankı var idi. Ancaq müharibənin sonrakı günlərində məhv edilmiş və tərk edilmiş rus tanklarının görüntüləri Rusiyanın ciddi problemi olduğunu ortaya qoydu.
Ukrayna iddia edir ki, Rusiya 970-dən çox tankı itirib, bir çoxu məhv edilib, bəziləri isə atılmış vəziyyətdə tapıldıqdan sonra ələ keçirilib.
Rusiyanın itkiləri Qərbin təchiz etdiyi tank əleyhinə silahlarla əlaqələndirilsə də, əsl həqiqət üzə çıxdı.
Sovet dövründən qalma tankları Ukrayna müharibəsi meydanına çıxaran, bu maşınları “gəzən tabutlara” çevirən ölümcül dizayn qüsuruna məhəl qoyulmayıb. Nəticə də tam fiasko oldu.
Bəs rus tanklarının ölümcül qüsuru nədir? Qərb tanklarından fərqli olaraq, Rusiya tanklarının qülləsindəki silindrik kameraya 40 mərmi yığıldığı üçün tanklar mümkün qəzalara qarşı müdafiəsiz qalır.
Tanklardan açılan istənilən atəş kamerada zəncirvari reaksiyaya səbəb ola bilər ki, bu da bütün sursatların eyni anda partlamasına səbəb olur.
Amerika Təhlükəsizliyi Mərkəzinin müşaviri Sem Bendett CNN-ə deyib: Reaksiyaya səbəb olan hər hansı bir zərbə sursatlara dəyərsə, tank atəşə tutularsa, caq, böyük partlayışa səbəb olacaq və qüllə sözün əsl mənasında partlayacaq".
Tanklardakı ölümcül qüsur, İraqın 1991 və 2003-cü illərdə Körfəz müharibələrində istifadə etdiyi Rusiya istehsalı olan T-72 tanklarının oxşar partlaması ilə üzə çıxıb. Sonrakı modellərin, o cümlədən Rusiya istehsalı olan T-90 və T-80-nin eyni zəifliyə malik olması Qərb ölkələrinin diqqətini çəkdi.
Rusiya sözügedən dizayn səhvindən xəbərdar olsa da, Çeçenistan müharibələrində maşınlara daha az mərmi dolduraraq tank itkilərinin qarşısını aldı.
Lakin Ukraynaya qarşı başladıqları müharibədə keçmişdən çıxardıqları dərsləri unudan rus qoşunları tanklara mümkün qədər çox sursat yükləyiblər.
Müdafiə sənayesi analitiki və keçmiş ingiltərə Ordusu zabiti Nicholas Drummond, ekipaj üzvlərinin Rusiya tanklarında baş verə biləcək partlayışlarda demək olar ki, şanslarının olmadığını ifadə edərək, "İlk saniyədə çölə çıxa bilməsələr, külə dönəcəklər" dedi.
Bu açıqlama Putinin əsgərlərini qəsdən ölümə göndərməsi ilə bağlı şərhlərə səbəb olub.
Ləman Sərvanqızı
SİTAT.İNFO