" Təxribat olsa da dövlət bunu etiraf etməyəcək" - Tural Abbaslı yanğından danışdı

15:32 29 Aprel 2022

Məlum olduğu kimi, aprelin 28-də Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində şiddətli yanğın baş verdi. Bu hadisənin Azərbaycanın Ukraynaya dəstək məqsədilə göndərdiyi ərzaq yardımından sonra baş verməsimüəyyən şübhələrə səbəb oldu.

Hazırda belə bir sual səsləndirilir ki, " Azərsun" yanğınında təxribat izi ola bilər və burada hansısa xarici dövlətin əli varmı?

Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirdi ki, yanğının başvermə səbəbi mütləq araşdırılmalıdır:

“Təxribat da olsa mütləq tədqiqat aparlılmalıdır. Nəticəsi də cəmiyyətə çatdırılmalıdır. Nə qədər ki, istintaq yekunlaşmayıb yanğının səbəbi kimi ən müxtəlif versiyaların yaşamaq hüququ var. Təxribatı yalnız Rusiya deyil, digər dövlətlər də edə bilər. Nəticə bilinmədən fikir bildirmək tezdir”.

Tural Abbaslının fikrincə , əgər bu yanğın hadisəsi təxribat olsa da dövlət bunu etiraf etməyəcək: “ İstənilən iqtidar üçün təxribatın qarşısını ala bilməmək ayıb sayılır. Bu həmin dövlətin zəif olduğunu göstərir. Sevindirici hal odur ki, insan ölümü qeydə alınmayıb. Baxdığım kadrlarda gördüm , çox dəhşətli hadisə idi. Yağ tez alışan maddə olduğu üçün bu yanğın belə şiddətli oldu”.
 
Safura Bənnayeva
Sitat.info



Xəbər xətti