Dünyanın diqqət mərkəzində son günlərdə Ukraynadan gələn xəbərlər dayanıb. Müharibənin qızğın vaxtında Ukraynadan belə bir iddia gəlib. Ukrayna məxfi xidməti, telefon dinləmələri nəticəsində müharibədə həlak olan rus əsgərlərinin sayı açıqlayıb. Dinlənilən rus əsgərlərinin kimliyi isə açıqlanmayıb. Rusiyanın sirr olaraq saxladığı məlumat da budur.
SİTAT.İNFO-nun xarici mediyaya istinadən verdiyi xəbərə görə, Rusiya prezidenti Putinin əmri ilə fevralın 24-də Ukraynaya doğru irəliləməyə başlayan Rusiya ordusu tarixinin ən çətin dövrünü yaşayır. Bütün cəhdlərə baxmayaraq, ordunun itkiləri Moskvanın gözlədiyindən qat-qat üstündür. Müharibənin gedişində Rusiya hərbi texnikasının qeyri-kafi olması, modernizasiya edilməməsi və qərbdən Ukraynaya göndərilən silahların mühüm rol oynadığı bildirilib.
Ukrayna son hesabatında müharibədə həlak olan rus əsgərlərinin sayının 23 minə yaxın olduğunu bildirib. Qərb mənbələri bu rəqəmin 7-15 min arasında olduğunu bildirsə də, Moskva mövzu ilə bağlı ilk və son rəsmi açıqlamasını martın 2-də verib. Sözügedən açıqlamada Rusiyanın müharibədəki əsgər itkisinin 498 olduğu açıqlanıb. O vaxtdan bəri bu məlumatlar yenilənməyib.
Safura Bənnayeva
SİTAT.İNFO