Putin "48 saata Kiyevdə kofe içəcəm" demişdi, 60 gündür..." - Sərdar Cəlaloğlu
"Qərb kəşfiyyat orqanlarında, o cümlədən MKİ-də Ukraynanın təhlükəsizlik qurumları ilə işləyən bütün əməkdaşların soyadına qədər tanıyıram"
Sitat.info xarici mediaya istinadən xəbər verir Vladimir Putin Rusiya baş prokurorlarının geniş iclasındakı çıxışında bildirib.
Putinin bu açıqlaması Ukrayna və Qərb mətbuatında rezonans doğurub.
Bəs, görəsən Putinin bu açıqlaması nə dərəcədə doğrudur? Onun Qərb kəşiyyat orqanlarında çalışanların dosyesi haqda bilgiyə sahib olması mümkündürmü?
Məsələ ilə bağlı sitat.info-ya danışan Sərdar Cəlaloğlu Putinin bu bilgiyə sahib olmasını mümkünsüz sayır: “ Əgər Putin Ukrayna ilə çalışan qərb kəşfiyyatının əməkdaşları ilə bağlı ciddi məlumatlara sahib olsaydı, çoxdan istəyinə nail olardı, 10 minlərlə itki verməzdi. Müharibənin yeni başlayan vaxtları isə Putin 48 saata Kiyevdə kofe içəcəm demişdi. Ancaq 60 gündür müharibə davam edir. O həm də psixoloji müharibədə qalib gəlmək istəyirdi. Bu sadəcə Putinin özünü yüksək göstərmək üçün əl atdığı planlarından biridir".
Ləman Sərvanqızı,
Sitat.info