Serbiya ordusu Çindən aldığı zenit raketlərlə güc nümayişi keçirib.
Sitat.info Teleqraf.com-a istinadən xəbər verir ki, paytaxt Belqradda keçirilən mərasimdə çıxış edən Serbiya Prezidenti Aleksandr Vuçiç ölkənin hava hücumundan müdafiə qüvvələrini artıracaqlarını bildirib.
Mərasimdə Çindən alınan zenit-raket kompleksləri də təqdim edilib.
HQ-22 raketləri ABŞ-ın “Patriot” və Rusiyanın “S-300” sistemlərinə oxşar xüsusiyyətlərə malikdir. Beləliklə, Serbiya Çin raketlərindən istifadə etməyə başlayan ilk Avropa ölkəsi olub.