Bu həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olacaq.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin dövlət başçısı Ramazan bayramı namazından sonra jurnalistlərə açıqlamasında deyib.
“İnanıram ki, Ukraynanın şərqi ilə bağlı həll yolu Türkiyənin vasitəçiliyi ilə tapılacaq. Bununla bağlı atılacaq addımların məkanı İstanbul və ya Ankara olacaq”, - R.T.Ərdoğan vurğulayıb.