Ərdoğan dünya liderlərilə birgə Moskvaya səfər edə bilər

13:03 2 May 2022

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı münaqişəni həll etmək üçün bir sıra ölkələrin liderləri, o cümlədən Braziliya prezidenti Jair Bolsonaru ilə birlikdə Moskvaya səfər etməyə hazırdır.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O, hazırda belə bir səfərin təşkili imkanlarının araşdırıldığını bəyan edib.

Nazirin sözlərinə görə, Türkiyə dövlət başçısı Ukraynadakı vəziyyəti həll etmək və Putinlə Zelenski arasında görüş təşkil etmək üçün səylərini davam etdirir.

Həmçinin, Çavuşoğlu qeyd edib ki, NATO Ukraynadakı münaqişəyə qarışmaq fikrində deyil. Lakin Rusiyanın alyansın müttəfiqlərindən birinə hücum edəcəyi təqdirdə lazımi cavab veriləcək.//Oxu.az



Xəbər xətti