Ermənistanda müxalifət partiyasının sədr müavini tutulub

13:35 2 May 2022

Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın rəhbəri olduğu Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan müxalifətin aksiyasında saxlanılıb.

“Report” xəbər verir ki, bunu siyasətçi feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, o və bir qrup vətəndaş saxlanılaraq mərkəzi polis şöbəsinə aparılıb.

Qeyd edək ki, Ermənistanda müxalifət aprelin 25-dən kütləvi aksiyalara start verib. Nümayişlərin başlamasına səbəb baş nazir Nikol Paşinyanın Qarabağ danışıqları üzrə bəyanatları olub.



Xəbər xətti