Tokayev Türkiyəyə gedir

18:02 3 May 2022

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Türkiyəyə rəsmi səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə onun mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Tokayev həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Səfərin mayın 10-11-də baş tutacağı gözlənilir. Dövlət başçıları ikitərəfli əlaqələri və regional məsələləri müzakirə edəcəklər.



Xəbər xətti