“Şarl Mişel Azərbaycan və Ermənistan arasında sülh üçün səylər göstərir”

15:56 4 May 2022

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan arasında sülhün qurulması istiqamətində səylər göstərir”.

Sitat.info Qafqazinfo-ya əsasən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko jurnalistlərlə görüşündə bildirib.

“Biz regionda sülh və sabitliyin bərpa olunmasını istəyirik”, - deyə Aİ-nin Bakıdakı nümayəndəsi bildirib.

O qeyd edib ki, Aİ işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsində Azərbaycana dəstək göstərir: “Qurum BMT-nin İnkişaf Proqramı (UNDP)  çərçivəsində bu məqsədlə ANAMA-ya xeyli sayda maliyyə yardımı edib”. 



Xəbər xətti