"Azərbaycan hökuməti COVID-19-a qarşı peyvəndləmə kampaniyasını uğurla icra edib, ölkə bu məsələdə regionda ən yüksək göstəricilərə malikdir".
Sitat.info Report-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko mətbuat konfransında bildirib.
O, Avropa İttifaqının pandemiya dövründə Azərbaycana verdiyi dəstəyi də xatırladıb: “Koronavirusa qarşı mübarizə üçün texniki avadanlıq çatdırdıq, 7 mindən artıq həkim üçün təlimlər təşkil etdik. COVAX platforması çərçivəsində Azərbaycana 2 milyon doza peyvənd verildi”.