Rusiya Danimarka səfirliyinin 7 əməkdaşını arzuolunmaz şəxs elan edib.
Sitat.info “İnterfax”a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.
XİN-in açıqlamasına görə, Danimarka səfiri Karsten Sönderqord nazirliyə dəvət olunaraq Rusiyanın Danimarkadakı səfirliyinin 15 əməkdaşının, həmçinin Rusiyanın Kopenhagendəki ticarət nümayəndəsinin ölkədən çıxarılmasına, habelə Danimarkanın Ukraynaya hərbi yardım göstərməsinə qəti etiraz bildirilib.
Bunlara cavab olaraq Danimarka səfirliyinin 7 əməkdaşının Rusiyanı 2 gün ərzində tərk edəcəkləri qeyd olunub.
\Report