Münaqişə ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistanda baş çəkdiyi Azərbaycan əsilli saxlanılan şəxs yoxdur.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu komitənin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda tərəflərdə Birinci Qarabağ müharibəsi zamanı saxlanılan şəxs yoxdur:
"Lakin 2020-ci ildə baş verən münaqişə zəmində saxlanılan erməni əsilli şəxslər var, onlara da başçəkmələr davam edir. Həm Ermənistan tərəfi, həm də Azərbaycan tərəfində ötən əsrin 90-cı illərindən itkin düşən şəxslərin sağ qalmaları və qarşı tərəfdə saxlanılması ilə bağlı iddialar var. Lakin hər iki tərəfdə rəsmi şəkildə bəyan edib ki, onlarda 1990-cı illərdə saxlanılan şəxslər yoxdur".