Rusiyadan təhlükəli addım - Nüvə hücumu təlimi!

17:16 5 May 2022

Rusiya Kalininqradda “İsgəndər” raketləri ilə simulyasiya edilmiş nüvə hücumu təlimi keçirib. 

Sitat.info Türkiyə mediasına istinadən xəbər veririk ki, Moskva İsveç və Finlandiyanın NATO-ya qoşulacağı təqdirdə regionda nüvə silahı yerləşdirəcəyi ilə hədələyib. Rusiya Kalininqradda nüvə başlıqları daşıya bilən raketlərlə hücumu simulyasiya edən təlim keçirib. 

Rusiya Müdafiə Nazirliyindən bildiriblər ki, portativ “İsgəndər” ballistik raket sistemlərinin elektron şəkildə buraxıldığı simulyasiyada düşmən qüvvələrinə məxsus raket buraxılış sistemlərinə, hava limanlarına, qorunan infrastruktura, hərbi texnikaya və komanda məntəqələrinə tək və çoxlu hücumlar həyata keçirilir. Bildirilib ki, raketlərin buraxılmasından sonra Rusiya hərbi qulluqçuları “mümkün cavab hücumu”na qarşı mövqelərinin dəyişdirilməsi təlimi də keçirib və təlimdə radiasiya və kimyəvi çirklənmə şəraitində hərəkətlər də yer alıb. 

Təlimdə 100-dən çox rus əsgərinin iştirak etdiyi açıqlanıb.

Ləman Sərvanqızı

Sitat.info

/Tərcümələrdən istifadə zamanı istinad zəruridir



Xəbər xətti