“Belarus Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatda iştirak etməyəcək”.
SİTAT.İNFO xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Associated Press agentliyinə müsahibəsində deyib.
“Biz Rusiya Silahlı Qüvvələrinin Ukraynada keçirdiyi xüsusi əməliyyatda iştirak etmək fikrində deyilik. Çünki buna ehtiyac yoxdur", - deyə Lukaşenko bildirib.
Onun sözlərinə görə, iki qonşu ölkənin vuruşması pisdir:
“Ancaq siz başa düşməlisiniz ki, biz Rusiya Federasiyası ilə müttəfiqik, ən yaxın müttəfiqlərik. Bizim çox yaxın hərbi-siyasi ittifaqımız var. Bunu heç kimdən gizlətməmişik. Bizim faktiki olaraq vahid ordumuz var”, - deyə Lukaşenka əlavə edib.
O, Ukraynanın Belarusa zərbə endirməsi ilə bağlı yaranan təhlükədən də danışıb.
“Rusiya bu məsələni araşdırandan sonra dörd mövqeni vurmağa bizə kömək etdi. Qoşunların bir hissəsi, həqiqətən də Belarusdan Ukraynaya getdi. Mən başqa cür etməliydim? Məncə, yox”, - deyə Belarus Prezidenti bildirib. (APA)