Vilayət Eyvazov DYP rəisini İŞDƏN ÇIXARDI

11:45 6 May 2022

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsinin rəisi, polis polkovnik-leytenantı Rafiq Bağırov vəzifəsindən azad edilib.

Sitat.info "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Rafiq Bağırov tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.

Hələlik onun yerinə təyinat yoxdur.



Xəbər xətti