Ukraynanın strateji əhəmiyyətli sahil şəhəri Mariupol, müharibə başlayandan bəri Rusiya tərəfindən şiddətli bombardmana məruz qalır.
SİTAT.İNFO xarici mediaya istinadən xəbər verir ki, hücumların şiddəti günü-gündən artdıqca, Ukrayna vətəndaşları da şəhərdə çətin vəziyyətdə qalıb.
Mariupoldan qismən köçürülmələr davam edərkən, Ukrayna prezidenti Volodimir Zelenski köçürülmələr barədə danışıb. Ukrayna-Rusiya müharibəsi başlayandan bəri Rusiyanın hədəfində olan Mariupol şəhərində mülki əhalinin qismən təxliyyəsinə başlanılıb.
Mariupoldan təxliyə ilə bağlı Ukrayna prezidenti Zelenski bu sözləri deyib:
“Biz Azovstal və Mariupoldan insanları xilas etməyə davam edəcəyik. Orada hələ də dinc sakinlər var. Qadınlar və uşaqlar var. Onları xilas etmək üçün atəşkəsi davam etdirməliyik. Ukrayna tərəfi bunu təmin etməyə hazırdır. İnsanları o zirzəmilərdən, yeraltı bunkerlərdən çıxarmaq üçün vaxt lazımdır. İndiki şəraitdə dağıntıları təmizləmək üçün xüsusi texnikadan istifadə edə bilmirik. Hər şey əl ilə edilir. Amma inanırıq ki, hər şey düzələcək".
O, atəşkəsə hazır olduğu mesajını verdi. "Bu gün rus işğalçıları şəhərlərimizə, Dnepr, Mikolayiv, Odessa, Zaporojya, Donbas şəhər və rayonlarına növbəti raket hücumu həyata keçiriblər. Bütün bu hücumlara döyüş meydanında cavab veriləcək".
Ləman Sərvanqızı
SİTAT.İNFO