Türkmənistan prezidenti korrupsiya ilə mübarizəni gücləndirməyi tapşırıb

13:50 6 May 2022

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov korrupsiya ilə mübarizəni gücləndirmək məqsədilə güc qurumlarının rəhbərlərinə milli qanunvericiliyə əlavə və dəyişikliklər etməyi tapşırıb.

Azərtac Türkmənistanın Dövlət İnformasiya Agentliyinə istinadla xəbər verir ki, bundan sonra korrupsionerlərin müsadirə ediləcək qanunsuz gəlirləri sosial obyektlərin tikintisinə yönəldiləcək.

Respublika başçısının tapşırığı Dövlət Təhlükəsizlik Şurasının güc qurumlarının dörd aylıq fəaliyyətinin yekunlarına həsr olunan iclasında səsləndirilib. Buna Baş prokurorun Ticarət və Xarici İqtisadi Əlaqələr Nazirliyində müəyyən edilən bir sıra korrupsiya sxemləri barədə məruzəsi səbəb olub.



Xəbər xətti