Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına dəstək verməyə hazırdır.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin müdir müavini Aleksey Zaytsev həftəlik brifinqdə bildirib.
“Rusiya Ermənistanla Azərbaycan arasındakı münasibətlərin ilk öncə 2020-ci ilin 9 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların bütün müddəalarını yerinə yetirməklə, habelə sülh sazişi imzalamaqla normallaşmasına fəal şəkildə dəstək verməyə hazırdır”,- o vurğulayıb.