Birləşmiş Millətlər Təşkilatının (BMT) iki maşın təxliyə karvanı mayın 1-i, 2-si və 4-də Mariupol bölgəsindən və onun ətrafından, o cümlədən “Azovstal zavodundan 500-ə yaxın insanı təxliyə edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterreşin tviterdə yaydığı məlumatda deyilir.
“Birgə əməliyyat nəticəsində iki maşın karvanı “Azovstal” zavodundan, Mariupoldan və ətraf ərazilərdən 500-ə yaxın insanı uğurla təxliyə edib. Mülki şəxslərin təhlükəsiz çıxışını təmin etmək üçün Moskva və Kiyevlə əlavə humanitar fasilələrlə bağlı koordinasiyanın davam etdiriləcəyinə ümid edirəm”, - A.Quterriş yazıb.