"Oğlum son nəfəsində iki kəlmə söz dedi" - Nazpəri

10:36 7 May 2022

Xalq artisti Nazpəri Dostəliyeva bu gündən sonra yalnız sosial verilişlərə qatılacağını açıqlayıb. 

Sitat.info Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu dəfə "Səni axtarıram" proqramında qonaq olub. Dostəliyeva ötən il dünyasını dəyişən oğlu Əlidən danışıb. 

O, övladının son sözünü xatırlayaraq bunları söyləyib:

"Son nəfəsində iki kəlmə söz dedi. Başını qucağıma aldım və sığalladım. Həkim dedi ki, dəyməyin, son sözünü desin. Dedi ki: haqqını halal et, sən mənə çox əziyyət çəkdin. Bir də onu dedi ki, səni sevənlərin gözünü yolda qoyma".



Xəbər xətti