Bakıda nazir müavini olan məşhur generalın səhhətində ciddi problem yarandı - Xəstəxanaya gətirildi (FOTO)

12:00 7 May 2022

Azərbaycanda nazir müavininin səhhətində ciddi problem yaranıb.

Manset.az-ın əldə etdiyi məlumata görə, Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Nazim Məmmədov uroloji xəstəlikdən əziyyət çəkir.O, Bakıda yerləşən özəl klinikalardan birində müalicə olunur.
Qeyd edək ki, 70 yaşı olan Nazim Məmmədov 2007-2018-ci illər Dövlət Gömrük Komitəsinin sədr müavini olub, 2018-ci ildən Fövqəladə Hallar nazirinin müavini vəzifəsini tutur.



Xəbər xətti