15 yaşlı yaralı qız 4 nəfəri güllə yağışı altında minalanmış sahədən çıxardı – VİDEO

12:32 7 May 2022

Ukraynada 15 yaşlı yaralı qız mina dolu yolla maşın sürərək 4 nəfərin həyatını xilas edib.

Bu haqda məlumatı Ukrayna Xarici İşlər Nazirliyi tviter hesabında paylaşıb.

Ukraynanın Popasnaya şəhərindən olan 15 yaşlı yeniyetmə qız yaralı olduğu halda 30 km avtomobil sürüb və digər yaralıları minalanmış ərazidən keçirib.

Onun sözlərinə görə, avtomobillə gedərkən rusiyalı hərbçilər onları atəşə tutublar. Maşında daha üç kişi və bir qadın olub. Onlar qəlpə yarası alıblar, birinin vəziyyəti xüsusilə ağır olub. Bundan sonra yeniyetməyə sükan arxasına keçmək təklif olunub. Bu səbəbdən avtomobili özü idarə etməli olub.

“Minalar şahmat sırası ilə düzülmüşdü, keçmək çox çətin idi”, – deyə qız bildirib.

​Qızın sözlərinə görə, yolboyu meyitlər görüblər. Bir müddət getdikdən sonra yenidən rusiyalı hərbçilərin hücumuna məruz qalıblar. Bu dəfə yeniyetmənin özü də ayağından yaralanıb.

Ağrılara baxmayaraq, qız bacardığı qədər avtomobili idarə edib. Ancaq bir müddət sonra güllələrdən zədələnən avtomobilin mühərriki sönüb. Qız onu birtəhər işə salaraq avtomobilin mühərriki tamam yatana qədər müəyyən qədər yol qət edə bilib.



Xəbər xətti