Prezident İlham Əliyev Yevlax rayonunun Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə (6 km)-Tanrıqulular avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
"Ölkə.Az"ın məlumatına görə, sərəncamla Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə (6 km)-Tanrıqulular avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 2,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.