"Azərbaycanda 9 mayın bayram kimi qeyd edilməsinin yeri yoxdur" - Fazil Mustafa

15:50 7 May 2022

Rusiya Ukraynaya qarşı işğalçı müharibə aparmaqdadır. Bu müharibədə dünya ictimaiyyətini qəzəbləndirən əsas məqam Rusiya ordusu tərəfindən dinc insanlar öldürülməsidir.

Belə bir vəziyyətdə Sovet Rusiyasının qələbəsini, 9 may faşizm üzərində Qələbə Gününü qeyd etmək nə qədər doğrudur? 

Deputat Fazil Mustafa SİTAT.İNFO-ya açıqlamasında  bildirdi ki, ümumiyyətlə, qələbə gününün qeyd edilməsi absurddur:


" Bəli, qələbə ilə bağlı veteranlara diqqət və qayğı göstərilməsi keçmişimizə sayğıdır. Ancaq, bu tarixin  Azərbaycan üçün xüsusi təmtəraqla qeyd ediməsinin yeri yoxdur.  Onsuz da Azərbaycanda parad keçirilmir. Hər hansı bir şəkildə bunu bayram etməyin mənası yoxdur. Bütövlükdə müstəqil dövlətin xarakterinə uyğun davranmalıyıq və addımlarımızı atmalıyıq".

Ləman Şərifzadə

SİTAT.İNFO



Xəbər xətti