Rusiya-Ukrayna müharibəsi 75-ci günündə davam edərkən, bütün dünyanın diqqəti Qırmızı Meydandadır. Rusiyanın Qızıl Meydanda keçirəcəyi Qələbə paradı başlayıb. Paradda Rusiya prezidenti Vladimir Putin çıxış edib. Öncədən də onun önəmli mesajlar verəcəyi gözlənilirdi. Putin çıxışında bu müharibəyə məcbur qaldıqlarını dilə gətirib.
"Hər gün sərhədlərimizə yaxınlaşırdılar. Təhlükə günü-gündən artırdı. Bu, veriləcək yeganə düzgün qərar idi. Biz suveren bir dövlətin verə biləcəyi yeganə düzgün qərarı verdik"
Putin qeyd edib ki, NATO Rusiya sərhədlərini təhdid edir: "Biz hər zaman sülh yolu ilə həllin tərəfində olmuşuq. Donbasda baş verənlər müharibə məqsədi daşıyır. Biz özümüzü müdafiə etmək üçün bu addımı atmalı olduq. Qərb bizi dinləmədi. Biz bunu gördük".
Qərbin Rusiyaya qulaq asmadığını bildirən Putin deyib ki, ölkəsi təhlükədə olub: "Qərb Rusiyaya qulaq asmır, onların başqa planları var. İndi görürük ki, bütün dünya Ukraynaya ən müasir silahları gətirir. Məqsədimiz ruslara qarşı müharibəni dayandırmaqdır. Biz indiyədək bir çox yerlərdə düşmənlərimizlə vuruşmuşuq. Biz həm də ordumuzun şücaəti və müharibədə iştirak edənlərin övladlarının, nəvələrinin şücaəti ilə fəxr edirik. Dəhşətləri dayandırmaq üçün əlimizdən gələni etməyə borcluyuq. Rusiya hər zaman ekvivalentlik prinsipini müdafiə edib. Rusiyanın Sovet İttifaqından fərqli xarakteri var. Biz eyni deyilik. Qərb qələbə üçün çox çalışan rusların səylərini puça çıxarmaq istəyir”.
Qərbin planlarından danışan Putin deyib ki, onların başqa planları var idi: " Rus əsgərləri və Donbas əsgərləri öz torpaqları üçün vuruşurlar. Ona görə də Dünya Müharibəsinin dərslərini heç vaxt unutmamalıyıq. Bu gün bizim üçün həyatını itirənləri yad edirik".
Nigar Abuzər
SİTAT.İNFO