Ortaya çıxan məxfi sənədlər rus oliqarxlarının öz sərvətlərini xaricdəki ofşor şirkətlərə necə köçürdüklərini üzə çıxarıb.
SİTAT.İNFO xəbər verir ki, fevralın 24-də Rusiya Ukraynaya müharibə elan edəndə, prezident Vladimir Putin ölkənin bir qrup zəngin iş adamını Kremlə dəvət edib.
Bu xəbəri Putinə yaxın informasiya agentlikləri “müharibə üçün zəruri tədbir” kimi açıqlayıblar.
Sözügedən qurumlar, ABŞ və Avropa İttifaqının (Aİ) tətbiq edə biləcəyi iqtisadi sanksiyalara işarə edərək "biz hamımız yaşadığımız dünyanı anlayırıq” ifadələrinə yer veriblər.
Qonaqların hər biri Rusiya iqtisadiyyatında yeri olan, Putinin sadiq tərəfdarları olub.
Onlardan 14-ü milyarder kimi təsnif edilib. Şirkətlər ölkənin əsas sektorları olan neft, təbii qaz, bank və kimya sektorları olu və bu şirkətlərin liderləri olan şəxslər 20 ildən artıqdır ki, Putinlə görüşür.
Ləman Sərvanqızı
SİTAT.İNFO