"Moskvada keçirilən hərbi parada baxdım. Yeni bir silah və texnika görmədim. Paradın hava hissəsi də ləğv edilib".
SİTAT.İNFO xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, hava şəraiti ilə bağlı bu gün Moskvada hər hansı problem olmayıb: "Peskov uçuşların hava şəraiti ilə əlaqədar ləğv edildiyini qeyd etsə də, Moskvada parad keçirilən müddətdə yağış və duman yox idi, temperatur isə +8 dərəcə idi.
Bir dəfə də düz söz danışın. "Nüvə zərbəsi zamanı Prezidentin idarəetmə təyyarəsi nasaz idi, havaya qalxa bilmirdi yaxud da təcrübəli pilot çatışmazlığı var"-deyə bilirdiniz".
Qeyd edək ki, bu müharibədə Rusiya hərbi texnikasının, xüsusən də döyüş təyyarələrinin böyük bir hissəsini itirib.
SİTAT.İNFO