"Bizə sülh üçün şans verilmədi" - Putin Donbas əməliyyatından danışdı

17:08 9 May 2022

Rusiya prezidenti Vladimir Putin Moskvanın Donbas bölgəsində həyata keçirdiyi əməliyyatın nəticə verəcəyini bəyan edib. “Buna heç bir şübhəm yoxdur”-deyən Putin qeyd edib ki, Donbas məsələsində Rusiyaya sülh şansı verilmədiyini iddia edib.

SİTAT.İNFO xarici mediaya istinadən xəbər verir ki, Putin bu sözləri deyib: "Donbas problemini sülh yolu ilə həll etmək şansı verilsəydi, bundan istifadə edərdik, amma bizə belə bir şans verilmədi".

 Rusiya lideri sözügedən açıqlamaları Donbasda separatçı Donetsk bölgəsində həyatını itirən yarımhərbi birləşmə komandiri Vladimir Joqanın atası Artyom Joqa ilə görüşündə deyib.

Bu görüş İkinci Dünya Müharibəsində sovet qüvvələrinin faşist Almaniyası ordusu üzərində qələbəsinin 77-ci ildönümünə təsadüf edib. 

Rusiya prezidenti Artyom Joqa ilə görüşündə qeyd edib ki, Rusiyanın Donbas problemini hərbi yolla həll etməkdən başqa yolu qalmayıb. Putin Donetsk milis komandirinin atasına "oğlunu əsl qəhrəman kimi yetişdirdiyinə" görə təşəkkür edib və  Rusiya qəhrəmanı ordenini atasına təqdim edib. Voha kod adlı yarımhərbi komandir Vladimir Joqa Spartak batalyonuna rəhbərlik edirdi. Sözügedən batalyon Donetsk Xalq Respublikasının separatçı bölgəsinin ən güclü hərbi birləşmələrindən biridir. Joqa martın əvvəlində Volnovaha şəhərində Ukrayna qüvvələri ilə toqquşmalar zamanı həlak olub.

Ləman Sərvanqızı

SİTAT.İNFO



Xəbər xətti