Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun bugünki açıqlaması Ermənistanda böyük rezonans doğurub.
Ermənistan müxalifət fraksiyasının üzvü Artsvnik Minasyan “Armenia Today”in müxbirinə müsahibəsində Bakının son bəyanatlarını şərh edib.
Onun sözlərinə görə, bu cür bəyanatların əsasını Nikol Paşinyan və onun komandasının siyasəti, Türkiyə-Azərbaycan tandeminə verdiyi vədlər təşkil edir.
SİTAT.İNFO xəbər verir ki, Mİnasyan, Azərbaycan xarici işlər nazirinin bəyanatlarının Paşinyan rejiminin qorunub saxlanmasına yardım etmək məqsədi daşdığını deyib.
Erməni millət vəkili Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovovun Ermənistanın Qazax rayonunun 7 kəndini və Kərkini qaytarmalı olduğu bəyanatları ilə bağlı sualı da cavablandırıb.
Minasyan vurğulayıb ki, 2018-ci ilə qədər belə bir sual ola bilməzdi, bu sualın yaranmasına səbəb Ermənistanın hazırkı hakimiyyətidir.
Müxalifətin hakimiyyətə gəldikdən sonra atacağı addımlarla bağlı sualı cavablandıran Minasyan deyib ki, Paşinyan hakimiyyətinin aradan qaldırılması birinci məsələdir. Daha sonra qətiyyətli addımlar atılmalıdır. Müttəfiq ölkələrin vasitəsilə ordunu bərpa etməli və xarici təcavüzün qarşısını almalıyıq”,.
Minasyanın fikrincə, ikinci mühüm istiqamət diplomatiyadır. Onun sözlərinə görə, peşəkar və milli diplomatiya beynəlxalq platformalarda Azərbaycan-Türkiyə təcavüzünün qarşısını almağa qadirdir.
“Üçüncü həlli vacib olan məsələ millət daxilində nifrətin, düşmənçiliyin aradan qaldırılmasıdır ki, bir neçə əclaf, türkün və azərbaycanlının mənafeyinə xidmət edərək xalqı parçalaya bilməsin”, - deyə deputat vurğulayıb.
Safura,
SİTAT.İNFO