Qondarma "artsax" adlı qurumun prezidenti Araik Arutunyan başqa bir separatçı rejimin, tanınmamış Cənubi Osetiya respublikasının yeni seçilmiş prezidenti Alan Qaqloyevə təbrik məktubu göndərib.
SİTAT.İNFO erməni mediasına istinadən xəbər verir ki, Arutunyan öz mesajında Qaqloyevin biliyi, şəxsi keyfiyyətləri və təcrübəsinin "qardaş Cənubi Osetiyanın" gələcək mütərəqqi inkişafına və müstəqil dövlətçiliyinin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Təbrikdə deyilir: “Ümidvaram ki, prezidentliyiniz dövründə "ölkələrimiz" arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da dinamik şəkildə genişlənəcək və möhkəmlənəcək".
Ləman,
SİTAT.İNFO